Milli Kitabxana “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim edib

Milli Kitabxana “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim edib 

31 Dekabr – Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür! Dünya Azərbaycanlılarının Həmrəylik Günü – Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir.

Bu münasibətlə, Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

Faktinfo.az xəbər verir ki,virtual sərgidə Azərbaycanın görkəmli şəxslərinin müdrik kəlamları, mövzu ilə əlaqədar fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi, Azərbaycan diasporunun təşəkkülü, fəaliyyət tarixi və digər mövzularda, ənənəvi sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan Azərbaycanşünaslıq, Azərbaycançılıq ideologiyası və s. mövzularda Azərbaycan və digər dillərdə kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Dunya_Azerbaycanlilarinin_Hemreylik_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Milli Kitabxana “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim edib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi