Milli Kitabxana "Birlik dövlətləri üçün peşəkar kadrların hazırlanmasında MDB ölkələri milli kitabxanalarının rolu" adlı onlayn konfransda iştirak edib

Milli Kitabxana "Birlik dövlətləri üçün peşəkar kadrların hazırlanmasında MDB ölkələri milli kitabxanalarının rolu" adlı onlayn konfransda iştirak edib - FOTO

20 noyabr tarixində Milli Kitabxana “Birlik dövlətləri üçün peşəkar kadrların hazırlanmasında MDB ölkələri milli kitabxanalarının rolu” adlı onlayn konfransda iştirak edib.

Faktinfo.az xəbər verir ki, Rusiya Milli Kitabxanasının təşkilatçılığı ilə keçirilən konfransda milli, dövlət və digər aparıcı kitabxanaların rəhbərləri, həmçinin Rusiya tədris və elmi-tədqiqat müəssisələrinin əməkdaşları, Rusiya Milli Kitabxanasının baş direktoru Denis Oleqoviç Tsipkin, Rusiya Dövlət Kitabxanasının baş direktoru, Rusiya Milli Assosiasiyalarının prezidenti, Avrasiya Kitabxana Assambleyasının prezidenti Vadim Valerieviç Duda,  Qazaxıstan Milli Kitabxanasının direktoru Bakıtjamal Kairbekovna Ospanova, Belarus Milli Kitabxanasının baş direktorunun müavini, elm və informasiya texnologiyaları üzrə direktoru Aleksandr Vadimoviç Babuk, Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasının elmi-metodiki xidmətinin direktoru Saodat Erqashevna Kamilova və başqaları iştirak edib.

Konfransda Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov “Kitabxanaçı kadrların hazırlanmasında Azərbaycan Milli Kitabxanasının rolu” mövzusunda məruzə və təqdimatla çıxış edib.

Direktor çıxışında müasir dövrün tələblərinə, informasiya əsrinin çağırışlarına uyğun yüksək ixtisaslı kadr hazırlığını həyata  keçirmək üçün metodik mərkəz olan Azərbaycan Milli Kitabxanasının professional kitabxana təhsili verən tədris ocaqları ilə ölkənin aparıcı kitabxanalarının sıx əlaqəsindən, Bakı Dövlət Universitetində “Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyası”nın açılışı  və eyni zamanda Azərbaycan Milli Kitabxanası ilə Bakı Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalamasından, bir il ərzində Bakıda və yerlərdə KOHA Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sisteminin Mədəniyyət Nazirliyinin şəbəkəsinə daxil olan kitabxanalarda tətbiqi ilə əlaqədar zona treninqləri, kitabxanalarda onlayn xidmətlərin tətbiqinin təkmilləşdirilməsi məsələlərinə dair mövzular üzrə treninqlərin keçirilməsindən ətraflı bəhs edib.

Qeyd edək ki, beynəlxalq konfransda B.N.Yeltsin adına Prezident Kitabxanasının, Qazaxıstan,Özbəkistan,Qırğızıstan və Belarus Respublikalarının milli kitabxanalarının kadr potensialı və s. kimi məsələlərlə bağlı məruzə, təqdimat və müzakirələr dinlənilib.

Milli Kitabxana "Birlik dövlətləri üçün peşəkar kadrların hazırlanmasında MDB ölkələri milli kitabxanalarının rolu" adlı onlayn konfransda iştirak edibMilli Kitabxana "Birlik dövlətləri üçün peşəkar kadrların hazırlanmasında MDB ölkələri milli kitabxanalarının rolu" adlı onlayn konfransda iştirak edib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi