Milli Kitabxana “Əli Tudə - 100” adlı virtual sərgi təqdim edib

Milli Kitabxana “Əli Tudə - 100” adlı virtual sərgi təqdim edib 

Bu il ömrü boyu azadlıq duyğuları və Cənub həsrəti ilə yaşayıb-yaradan şairin anadan olmasının 100 illik yubileyi tamam olur.

O, 1924-cü il yanvarın 31-də Bakı şəhərində anadan olub. Uşaq yaşlarında valideynlərini itirən şair nənəsinin himayəsində böyüyüb.

13 yaşı olanda Əlinin şeirləri qəzetlərdə çap olunub. Ancaq bu sevincin ömrü uzun çəkmir. Ötən əsrin 30-cu illərindən başlayan qanlı repressiyalar onların da talelərini, yollarını dəyişir. Əli nənəsi ilə birlikdə İrana sürgün olunur. Mühacir həyatı onun tale payı olur.

1940-cı illərdə İranda başlanan milli azadlıq hərəkatı Əlinin həyatında yeni bir səhifə açır. Şair milli ruhda yazdığı şeirləri ilə xalqı mübarizəyə səsləyirdi.

Bundan əlavə, Əli Tudə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli Filarmoniya yaradıb. O, “Öz gözlərimlə” kitabında yazıb: “Bu təkcə Təbrizdə deyil, bütün İranda açılan ilk filarmoniya idi.

 Mənim qibləm Vətəndir - deyən şair ayrılığın həsrətini köksündə gəzdirib və bütün yaradıcılığı boyu Vətən, Cənub həsrəti mövzusuna sadiq qalıb. Poeziya yolunda yorulmadan çalışan şair böyük Əli Tudə irsi qoyub getdi. “Cənub nəğmələri”, “Məhbusların son sözü”, “Arazın o tayında”, “Qəzəb”, “Təbriz yolu”, “Mühacir qeyrəti”, “Mənim səsim”, “Yarımçıq dastan” - bir sözlə, 40-dan çox kitabın müəllifi kimi ədəbiyyat tariximizdə yer aldı.

Faktinfo.az xəbər verir ki,şairin 100 illik yubiley münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Əli Tudə - 100” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə fotolar, dövri mətbuat səhifələrində haqqında dərc olunan məqalələr, müəllifi olduğu kitablar və haqqında yazılan kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Eli_Tude_100/index.htm linkindən istifadə edə bilər.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi