Milli Kitabxana tərəfindən hazırlanmış “Anım Günü – milli yaddaş və qürur günü” adlı daycest onlayn rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxana tərəfindən hazırlanmış “Anım Günü – milli yaddaş və qürur günü” adlı daycest onlayn rejimdə istifadəçilərə təqdim olunub 

Faktinfo.az xəbər verir ki,27 Sentyabr – Anım Günü Azərbaycan xalqının milli yaddaşında Vətən uğrunda həyatını itirmiş şəhidlərin əziz xatirəsinin ehtiramla yad edildiyi əlamətdar günlərdən biridir.

Azərbaycan Milli Kitabxanası tərəfindən 27 Sentyabr – Anım Günü ilə əlaqədar “Anım Günü – milli yaddaş və qürur günü” adlı daycest hazırlanıb və onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Daycestdə 27 Sentyabr – Anım Gününün tarixi və ictimai-mənəvi əhəmiyyəti, 2020-ci il Vətən müharibəsi, şəhid və qazilərin göstərdikləri qəhrəmanlıq və şücaət, Vətən müharibəsində əldə edilmiş Zəfər, habelə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı son illərdə dövri mətbuatda dərc olunmuş materiallar araşdırılmış, mövzuya uyğun məqalələr seçilərək sistemləşdirilmişdir.

Nəşrin hazırlanmasında əsas məqsəd istifadəçiləri Anım Gününün tarixi və mənəvi əhəmiyyəti, Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi, şəhidlərin həyat və döyüş yolu, onların göstərdikləri şücaət və fədakarlıq, eləcə də şəhidlərin xatirəsinin yaşadılması istiqamətində həyata keçirilən tədbirlər barədə dövri mətbuatda dərc olunmuş informasiya və analitik materiallarla tanış etməkdir.

Vəsait bu mövzuda ədəbiyyatın təbliği baxımından mühüm informasiya mənbəyidir və geniş istifadəçi auditoriyası üçün faydalı biblioqrafik resurs rolunu oynayır.

Daycest ilə https://anl.az/down/nesrler2026/27.sentyabr.pdf linkindən istifadə edərək tanış ola bilərsiniz.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi