Milli Kitabxanada “15 sentyabr – Bilik Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “15 sentyabr – Bilik Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub 

15 sentyabr 2026-cı il tarixində Milli Kitabxanada Prezident İlham Əliyevin ölkənin təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə 21 avqust 2004-cü ildə imzaladığı Fərmana əsasən sentyabrın 15-nin ölkəmizdə “Bilik Günü” elan edilməsi ilə əlaqədar “15 Sentyabr – Bilik Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə Azərbaycanın təhsil tarixi, elm və təhsil siyasəti, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafındakı rolu, milli təhsil strategiyası, Heydər Əliyev Fondunun Azərbaycan Respublikasında təhsil sahəsində fəaliyyəti, ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğı, görkəmli Azərbaycan pedaqoqları və digər mövzulara dair Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən https://anl.az/el/vsb/15_Sentyabr_Bilik_gunu/index.html istifadə edə bilərlər.

Hər il olduğu kimi, bu il də paytaxt Bakıdan tutmuş respublikamızın ən ucqar şəhər, rayon, qəsəbə və kəndlərində yerləşən təhsil müəssisələrində bu mötəbər gün böyük təntənə ilə qeyd edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda çalınan ilk məktəb zənglərinin sevincini yaşayan uşaqların xoşbəxt anlarını görmək böyük qürur və bəxtiyarlıqdır.

Dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına və tədrisin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərilir.

Müasir dünyada hər bir ölkənin gələcəyi, ilk növbədə, təhsilin səviyyəsi ilə ölçülür. Təhsildə əldə olunan nailiyyətlər ölkələrin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək üçün təhsil islahatlarını uğurla davam etdirir.

Faktinfo.az

Milli Kitabxanada “15 sentyabr – Bilik Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunubMilli Kitabxanada “15 sentyabr – Bilik Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər