Milli Kitabxanada “26 iyun - Narkоmaniyaya və Narkоbiznеsə Qarşı Bеynəlxalq Mübarizə Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “26 iyun - Narkоmaniyaya və Narkоbiznеsə Qarşı Bеynəlxalq Mübarizə Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub 

Faktinfo.az xəbər verir ki, Milli Kitabxanada ən ciddi və böyük sosial bəla sayılan narkomaniyaya qarşı mübarizənin təbliği məqsədilə “26 iyun - Narkоmaniyaya və Narkоbiznеsə Qarşı Bеynəlxalq Mübarizə Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan narkomaniya və narkobiznes haqqında dövri mətbuat səhifələrində dərc olunan materiallar, fotolar və kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Narkomaniyaya_qarsi_Mubarize_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə isə narkomaniyaya qarşı qətiyyətlə mübarizə aparılmasından bəhs edən ədəbiyyatlar, “Psixoaktiv maddələrdən istifadənin risk amilləri", "Asılı davranışın inkişafına yeniyetmənin yaş xüsusiyyətlərinin təsiri", "Yeniyetmələrdə psixoaktiv maddələrdən asılılığın formalaşma mərhələləri", "Psixoaktiv maddələrdən istifadənin əsas əlamətləri", Azərbaycanda yayılmış psixoaktiv maddələr və onların sağlamlığa zərərli təsiri və s. mövzularda məlumat - təbliğat xarakterli kitablar nümayiş olunur.

Qeyd edək ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniya bu gün bəşəriyyəti düşündürən və dünyanı narahat edən ən ağrılı və ən əsas problemlərdən biridir.

BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə Günü” kimi qeyd olunduğu üçün hər il həmin gün ayrı-ayrı dövlətlərin bu sahədə müsbət nəticələrə nail olması, ümumbəşəri problemlə mübarizə üsulları və narkomaniyanın müalicə metodlarının təkmilləşdirilməsi barədə beynəlxalq fikir mübadiləsi aparılır və müxtəlif tədbirlər təşkil edilir.

Narkomaniyaya qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmiz 1998-ci ildə BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyalarına qoşulub. Ölkəmizdə beynəlxalq standartlara uyğun milli normativ hüquqi baza yaradılıb və qanunvericilik sistemi təkmilləşdirilib və bu istiqamətdə xeyli işlər görülüb.

Milli Kitabxanada “26 iyun - Narkоmaniyaya və Narkоbiznеsə Qarşı Bеynəlxalq Mübarizə Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi