
Milli Kitabxanada “28 May - Müstəqillik Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub
28 may 1918-ci ildə müsəlman şərqində ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan olunub.
Faktinfo.az xəbər verir ki, Milli Kitabxanada bu tarixi və ələmətdar gün ilə əlaqədar “28 May - Müstəqillik Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Virtual sərgidə müsəlman şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümuriyyəti haqqında dövri mətbuat səhifələrində dərc olunan materiallar, fotolar, nəşr olunmuş Azəbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/28_may/index.html linkindən istifadə edə bilərlər.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın