Milli Kitabxanada Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunmuş kitab sərgisinin açılış mərasimi keçirilib

Milli Kitabxanada Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunmuş kitab sərgisinin açılış mərasimi keçirilib - FOTOLAR

22 iyul tarixində Milli Kitabxanada Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illik yubileyinə həsr olunmuş kitab sərgisinin açılış mərasimi keçirilib.

Faktinfo.az xəbər verir ki,tədbiri giriş sözü ilə açan Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova Milli Mətbuatının 150 illik yubileyi münasibətilə mətbuat işçilərini və media nümayəndələrini təbrik edib, gələcək faliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan Milli Kitabxanasının fəaliyyətindən və dövlətin Kitabxanalara olan xüsusi qayğısından bəhs edərək bildirib ki, Milli Kitabxananın arxiv fondunun mühüm bir hissəsini dövrü mətbuat nümunələri təşkil edir. Əlavə edib ki, Azərbaycan Milli Kitabxanasında Həsən bəy Zərdabinin 1875-ci ildə yaratdığı “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatın, eyni zamanda ötən 150 il ərzində çap olunan dövrü mətbuat nümunələrinin orijinal nüsxələrindən ibarət zəngin arxiv fondu yaradılıb. Dövrü mətbuat mümunələrinin qorunub saxlanılmasında və mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasında Milli Kitabxananın əhəmiyyətli rol oynadığını vurğulayıb. XIX əsrin sonu və XX əsrin əvvəllərində çap olunan müxtəlif dövrü mətbuat nümunələrinin, “Əkinçi” qəzetindən başlayaraq müasir dövrədək nəşr olunan qəzet və jurnalların Milli Kitabxanada elektronlaşdırılaraq rəqəmsal nüsxələrinin yaradıldığını və bunun gələcək nəsillərə çatdırılması üçün mühüm rol oynadığını söyləyib.

Tədbirdə çıxış edən digər natiqlər Həsən bəy Zərdabinin irsindən və müasir dövrdə medianın üzərinə düşən vəzifələrdən bəhs ediblər. Azərbaycan mətbuatının cəmiyyətin maarifləndirilməsində, ictimai rəyə təsir göstərməkdə və milli kimliyin qorunmasında oynadığı mühüm rolu qeyd ediblər. Eyni zamanda, bu cür sərgilərin gənc nəslin mətbuat tariximizə marağını artırmaq baxımından əhəmiyyətli olduğu vurğulanıblar.

Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış “Milli mətbuat günü” adlı elektron məlumat bazasının təqdimatı keçirilib.

Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Əkinçidən başlanan yol”, “Ümummilli Lider Heydər Əliyev və Milli mətbuat”, “Milli mətbuatımızın banisi - Həsən bəy Zərdabi”, “İlk milli mətbuat”, “Qərbi Azərbaycanda ilk Azərbaycan mətbuatı”, “Nəşrlər”, “Yubiley medalı”, “Fotoqalereya”, “Videoqalereya” və s. bölmələrdən ibarətdir. Məlumat bazasında yerləşdirilən materiallar tammətnləri ilə təqdim olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/M.Metbuat/index.html linkindən istifadə edə bilərlər.

Sonda qonaqlar bu tarixi və əlamətdar gün ilə əlaqədar açılan “22 iyul- Milli Mətbuat günü” adlı kitab sərgisi ilə tanış olublar.

Sərgidə Azərbaycan milli mətbuatının inkişaf mərhələlərinin bütün dövrlərini əks etdirən kitablar, “Əkinçi” qəzetinin və eyni zamanda XX əsrin əvvələrində çap olunmuş müxtəlif qəzet və jurnalların nüsxələri, görkəmli jurnalist və publisistlərin, mətbuat xadimlərinin əsərləri, nadir arxiv materialları, həmçinin Azərbaycan mətbuat tarixini əhatə edən elmi – tədqiqat işləri, biblioqrafiyalar nümayiş olunur.

Faktinfo.az

Milli Kitabxanada Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunmuş kitab sərgisinin açılış mərasimi keçirilibMilli Kitabxanada Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunmuş kitab sərgisinin açılış mərasimi keçirilibMilli Kitabxanada Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunmuş kitab sərgisinin açılış mərasimi keçirilibMilli Kitabxanada Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunmuş kitab sərgisinin açılış mərasimi keçirilibMilli Kitabxanada Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunmuş kitab sərgisinin açılış mərasimi keçirilibMilli Kitabxanada Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunmuş kitab sərgisinin açılış mərasimi keçirilibMilli Kitabxanada Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunmuş kitab sərgisinin açılış mərasimi keçirilibMilli Kitabxanada Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunmuş kitab sərgisinin açılış mərasimi keçirilibMilli Kitabxanada Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunmuş kitab sərgisinin açılış mərasimi keçirilibMilli Kitabxanada Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunmuş kitab sərgisinin açılış mərasimi keçirilibMilli Kitabxanada Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunmuş kitab sərgisinin açılış mərasimi keçirilibMilli Kitabxanada Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunmuş kitab sərgisinin açılış mərasimi keçirilibMilli Kitabxanada Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunmuş kitab sərgisinin açılış mərasimi keçirilibMilli Kitabxanada Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunmuş kitab sərgisinin açılış mərasimi keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi