Milli Kitabxanada “Folklorşünas alim İslam Ələsgər - 100” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Folklorşünas alim İslam Ələsgər - 100” adlı kitab sərgisi açılıb 

Milli Kitabxanada folklorşünas alim, filologiya elmləri namizədi İslam Ələsgərin anadan olmasının 100 illik yubileyi münasibətilə “Folklorşünas alim İslam Ələsgər - 100” adlı kitab sərgisi açılıb.

Kitabxanadan Faktinfo.az-a verilən məlumatda bildirilir ki,sərgidə alimin müəllifi olduğu əsərlər, tərtibçisi olduğu, ön söz yazdığı, Göyçə aşıqları və şairlərinin şeirlərindən ibarət toplayıb nəşr etdiyi  kitablar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar nümayiş olunur.

Qeyd edək ki, İslam Ələsgər (Ələsgərov İslam Talıb oğlu) 22 iyun 1925-ci ildə Göyçə mahalının Ağkilsə kəndində Aşıq Ələsgərin oğlu Aşıq Talıbın ailəsində anadan olub.  O, 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib.

İslam Ələsgər Göyçə aşıqlarının və şairlərinin şeirərini toplayıb və 1956-cı ildən başlayaraq Aşıq Ələsgərin əsərlərini dəfələrlə çap etdirib, haqqında məqalələr yazıb.

1973-cü ildə "Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları" adlı namizədlik dissertasiyası müdafiə edib. 1987-ci ildə “Göyçəli Aşıq Ələsgər” kitabını türkiyəli alim Nizaməddin Onkla birlikdə Türkiyədə nəşr etdirib.

1997-ci ildə "Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi haqqında" olan sərəncama əsasən "Haqq aşığı Ələsgər" monoqrafiyasını yazıb.

Azərbaycan aşıq sənətini geniş miqyasda və ardıcıllıqla dünya mədəniyyətinə təqdim edən alimin Aşıq Ələsgər və Göyçənin saz-söz sənətkarları haqqında elmi məqalələri mətbuatda müntəzəm nəşr olunub, “Sazlı-sözlü Göyçə” (1999), “Göyçəli Aşıq Nəcəf” (2000), “Növrəs İman” (2003), “Çoban Məhəmməd” (2009) kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi