Milli Kitabxanada "Novruzbayramı" adlı elektron məlumat bazası onlayn rejimdəistifadəçilərə təqdim olunub

Milli Kitabxanada "Novruzbayramı" adlı elektron məlumat bazası onlayn rejimdəistifadəçilərə təqdim olunub 

Təbiətin əbədi qanunlarıvə kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyinixəbər verən ilk bahar günü yurdumuza qədəm qoyur.

Qədim əcdadlarımızın bizə misilsizyadigarı kimi Yaz bayramının gəlişi Odlar diyarında yüzillərdən bəri xüsusi mərasimlərləqarşılanır, təntənəli el şənlikləri ilə müşayiət olunur. Milli varlığımızı və ulubabalarımızın mənəvi aləminin zənginliyini ən incə çalarlarınadək nümayiş etdirənbu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də çoxsevilir, uca tutulur və layiqincə qorunub yaşadılır.

Novruz bayramımünasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Novruz bayramı” elektronməlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub. Elektron məlumatbazasında Novruz haqqında nəşrlər, Novruz adət-ənənələrini, Novruz deyimlərini,foto və videoları və s. özündə əks etdirən materiallar nümayiş olunur.

Elektron məlumat bazasıilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Novruz/index.html linkindən istifadə edə bilərlər.

Azərbaycan MilliKitabxanası bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir,xalqımıza bahar əhval-ruhiyyəsi, sağlamlıq arzu edir. Bu bayram öz gəlişi iləhər bir evə bol ruzi-bərəkət və firavanlıq gətirsin! Novruz bayramınız mübarəkolsun!

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi