Milli Kitabxanada "Tovuz döyüşləri –Zəfərə gedən yol" adlı kitab sərgisi açılıb

Milli Kitabxanada "Tovuz döyüşləri –Zəfərə gedən yol" adlı kitab sərgisi açılıb 

Tovuz döyüşləri dördgünlük Aprel müharibəsindən sonra Azərbaycanın müasir hərb tarixində növbəti səhifə yaradaraq Zəfərə gedən yolun əsas mərhələlərindən biri, Zəfər döyüşü kimi daxil olub.

Çünki məhz həmin döyüşlərdəki qələbələrimiz xalqımızı torpaqlarımızın düşmən tapdağından azad edilməsinə ruhladırıb. Xalq Ali Baş Komandan İlham Əliyev ərtafında birləşib haqq savaşına qalxıb.

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri dövlət sərhədinin Tovuz rayonu istiqamətində iriçaplı silahlardan və ağır artilleriyadan istifadə etməklə atəşkəsi pozub, daha sonra mövqelərimizi ələ keçirməyə cəhd göstərib. Döyüşlər zamanı müdafiənin ön xəttində olan general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev – ümumilikdə 12 hərbi qulluqçumuz və bir mülki şəxs şəhid olub.

Bir neçə gün davam edən döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb.

Tovuz döyüşlərindən qısa müddət sonra 27 sentyabr tarixində düşmən hücumunu uğurlu əks-hücuma çevirən Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşməni məğlub etməklə ərazi bütövlüyümüzü təmin etdi. Qırx dörd günlük Vətən müharibəsində bütün şəhidlərimizin qisası alındı, işğalçı Ermənistan biabırçı şəkildə məğlubiyyətə uğradıldı və kapitulyasiya aktına imza atdı. Qüdrətli  sərkərdənin "dəmir yumruq" əməliyyatı ilə Azərbaycan Ordusu 30 illik Qarabağ həsrətinə son qoydu.

Faktinfo.az xəbər verir ki,Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan Tovuz döyüşləri haqqında Azərbaycan Milli Kitabxanasında “Tovuz döyüşləri – Zəfərə gedən yol” adlı geniş kitab sərgisi açılıb.

 Sərgidə Böyük Zəfərin başlanğıcı - Aprel döyüşlərindən, Tovuz döyüşlərindən,  44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbədən, tarixi zəfərimizin əldə olunmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən  hərbi və siyasi strategiyasından, Azərbaycan əsgərinin rəşadətindən, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin döyüş yolundan bəhs edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər