Milli mətbəximizin şirniyyat nümunələri Qətər Milli Kitabxanasında təqdim edilib

Milli mətbəximizin şirniyyat nümunələri Qətər Milli Kitabxanasında təqdim edilib - FOTOLAR

Faktinfo.az-a kitabxanadan verilən məlumatda bildirilir ki,Qətər dövlətinin paytaxtı Doha şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi ilə yanaşı, milli mətbəximizin şirniyyat nümunələri də təqdim edilib.

Tədbir iştirakçıları səkkizgüşəli ulduz və milli ornamentimiz olan buta formasındakı qablarda milli şirniyyatlarımız olan şəkərbura, paxlava, şorqoğal, badambura ilə bəzədilmiş çay süfrəsinə qonaq olub, çay süfrə mədəniyyətimizin əsas və vacib elementi olan armudu stəkanda zərif ətri ilə seçilən məxməri Azərbaycan çayının dadına baxıblar.

Milli mətbəximizin nümunələri tədbir iştirakçıları tərəfindən bəyənilib və qeyd edilib ki, Azərbaycan çay süfrəsinin özünəməxsus xüsusiyyətləri var, şirniyyatları əvəzedilməzdir.

Milli mətbəximizin şirniyyat nümunələri Qətər Milli Kitabxanasında təqdim edilibMilli mətbəximizin şirniyyat nümunələri Qətər Milli Kitabxanasında təqdim edilibMilli mətbəximizin şirniyyat nümunələri Qətər Milli Kitabxanasında təqdim edilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi