Millimizin rüsvayçılığı: Təcili toplantı keçirildi

Millimizin rüsvayçılığı: Təcili toplantı keçirildi 

Avro 2020-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan–Slovakiya oyunundan sonra “Bakcell Arena”da AFFA İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib.

 Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin də qatıldığı iclasda millinin son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq.

İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi