Minlərlə gürcü Saakaşvilinin 54 yaşını belə qeyd etdi

Minlərlə gürcü Saakaşvilinin 54 yaşını belə qeyd etdi 

Gürcüstanın paytaxtı Tiflisdə eks-prezident Mixail Saakaşvilinin minlərlə tərəfdarları onun ad günü münasibətilə parlament binası qarşısına toplaşıb.

Aksiyada yalnız “Siyasi ədalət yoxdur” şüarı səsləndirilib.

“Biz bura Saakaşvilinin ad gününü təbrik etmək üçün toplaşmışıq. O, azad edilməlidir”, - deyə Vahid Milli Hərəkat Partiyasının rəhbərlərindən biri Xatiya Dekanoidze aksiyada çıxışı zamanı bildirib.

Qeyd edək ki, sabiq prezidentin 54 yaşı tamam olur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi