“Modern Hospital” Klinikası və deputat Könül Nurullayevadan təqdirəlayiq addım-

“Modern Hospital” Klinikası və deputat Könül Nurullayevadan təqdirəlayiq addım- 20-dən çox ailənin müayinə və müalicəsi təmin edildi

Nizami rayonunda yaşayan 20-dən çox aztəminatlı ailənin müayinə və müalicəsi təmin edilib.

COVİD -19 pandemiyasının davam etdiyi bir vaxtda dövlətin virusla mübarizə siyasətinə dəstək məqsədi ilə “Modern Hospital” Klinikası və millət vəkili Könül Nurullayevanın “Deputat qərargahı”nın birgə reallaşdırdığı aksiya çərçivəsində 10 gün ərzində çox sayda müraciətlər daxil olub. Daxil olan müraciətlərin hər biri ayrı-ayrılıqda dəyərləndirilib və Nizami rayonunda yaşayan, qayğıya ehtiyacı olan 20-dən çox aztəminatlı ailənin ambulator-dinamik şəraitdə müayinəsi, eyni zamanda ehtiyac yarandığı hallarda ev şəraitində müalicəsinə köməklik edilib. Bu proses “Modern Hospital” Klinikası və millət vəkili Könül Nurullayevanın “Deputat qərargahı”nın könüllülərinin iştirakı ilə təşkil olunub.

Qeyd edək ki, layihə EKQ, Kardioloji, USM (qaraciyər, böyrək, uroloji), Göz, Endokrionoloji, Qastroentoloji müayinələri əhatə edir. “Modern Hospital”la birgə reallaşdırılan layihə karantin dövrü bitənədək davam edəcək. Məqsəd pandemiya dövründə dövlətin həyata keçirdiyi kompleks tədbirlərə töhfə verməkdir.

𝗤𝗲𝘆𝗱: Olunan müayinələrə ehtiyacı olan ailələr aşağıda göstərilən telefonlar vasitəsi ilə müraciət edə bilərlər.

☎ 012 422 22 41

📞 055 276 23 75

“Modern Hospital” Klinikası və deputat Könül Nurullayevadan təqdirəlayiq addım-“Modern Hospital” Klinikası və deputat Könül Nurullayevadan təqdirəlayiq addım-“Modern Hospital” Klinikası və deputat Könül Nurullayevadan təqdirəlayiq addım-“Modern Hospital” Klinikası və deputat Könül Nurullayevadan təqdirəlayiq addım-“Modern Hospital” Klinikası və deputat Könül Nurullayevadan təqdirəlayiq addım-“Modern Hospital” Klinikası və deputat Könül Nurullayevadan təqdirəlayiq addım-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi