Moskvaya edilən PUA hücumunda iki nəfər yaralandı-

Moskvaya edilən PUA hücumunda iki nəfər yaralandı- Qubernator

Bu gün Moskvaya endirilən PUA zərbəsi zamanı xəsarət alanlar olub.

Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov deyib.

Onun sözlərinə görə, İstrinsk dairəsində bağ evinə PUA-nın düşməsindən sonra iki nəfər yaralanıb.

“Yaralılardan biri xəstəxanaya yerləşdirilib. Eləcə də 3 evin pəncərələri qırılıb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Moskva PUA hücumuna görə paytaxt hava limanlarının hamısı bağlanmışdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi