Mübariz Mənsimov: “Anamı və atamı itirsəm, bu, mənə ölümdən betər olar”

Mübariz Mənsimov: “Anamı və atamı itirsəm, bu, mənə ölümdən betər olar” - MÜRACİƏT

“Azərbaycan və Türkiyə Prezidentlərinə müraciətimdən 1 həftə keçdi.

 Heç bir günahım olmadan həbsxanada bədəl ödəyirəm. Etmədiyim günaha görə yaşlı anamı, atamı və ailəmi görə bilmirəm. Hər səhər onlar pis xəbər alaram deyə qorxuram. Allah qorusun, onlara bir şey olarsa, mənim yaşamağımın nə anlamı var? Bu nə kin, nə düşmənlikdir. Mən Mübariz Türkiyə və Azərbaycana zərər verəcək heç bir iş görmədim, hər zaman Azərbaycan və Türkiyə xalqının xeyrinə çalışdım, kimsənin cibinə girmədim. Allahımın mənə verdiyi rüzini hər zaman ehtiyac içində olanlarla paylaşdım. Heç vaxt qanunsuz iş görməmişəm, görmərəm də”.

 

Bunu “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov deyib.

 

“Şahidlərin yalanları ilə məni həbsxanaya salanların heç mi vicdanı yoxdur? Mənim şahidim, hörmət bəslədiyim Cümhurbaşqanım və hər zaman böyüyüm olan cənab Rəcəb Tayyib Ərdoğan məzlumların və haqqın yanında olub. Əleyhimə ifadə verənlər araşdırılmalıdır. Onların niyə bunu etdikləri ortaya çıxarılmalıdır. Nə FETÖ, nə də başqa bir terror təşkilatı ilə heç vaxt əlaqəm olmayıb. Niyə məni həbs etmisiniz? Mən həbsxanadan qorxmuram, qorxum yaşlı anam və atamdır. Onları itirsəm, bu, mənə ölümdən betər olar. Xahişim günahsızlığım sübut edilənə qədər anam və atamla birlikdə olmaqdır, ədalətdən gizlənmək deyil. Tək istəyim anamın, atamın, ailəmin, uşaqlarımın yanında olmaqdır. Aprelin 11-də oğlumun doğum günüdür. Oğlum məndən “Doğum günümə gələ biləcəksən?” soruşdu, cavab verə bilmədim. Bu çətin günlərdə mənim onlara, onların mənə ehtiyacı var. Günahımın olmaması gec-tez üzə çıxacaq. Məni buralara layiq görməyin. Hər şeyə rəğmən Türkiyədə hüququn üstünlüyünə inanıram” – M.Mənsimov qeyd edib./Pravda.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər