"Müharibə getdikcə Rusiya ərazisinə keçir, bunu dayandırmaq mümkün deyil" -

"Müharibə getdikcə Rusiya ərazisinə keçir, bunu dayandırmaq mümkün deyil" - Mixaylo Podolyak

"Müharibə getdikcə Rusiya ərazisinə keçir, bunu dayandırmaq mümkün deyil".

Report.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak “X”də yazıb.

Onun sözlərinə görə, Rusiya ərazisinə zərbə endirilməməsi ilə bağlı çağırışlar qəribə görünür: “Bu çağırışlar Rusiyanı işğalı davam etdirməyə təşviq edir. Ukrayna Rusiya ərazisinə zərbələr endirmək üçün tərəfdaşlarının silahlarından istifadə etməmək öhdəliyinə ciddi şəkildə riayət edir və yalnız müdafiə müharibəsi aparır”.

M.Podolyak bildirib ki, danışıqlar müzakirə mövzusu deyil: “Rusiya getdikcə xaosa sürüklənəcək. Nə qədər ki, Vladimir Putin prezidentdir danışıqlar olmayacaq”.

Qeyd edək ki, Ukrayna son günlər Rusiya ərazisinə zərbələr endirir.

Ukrayna bu gecə Rusiya ərazisində indiyə qədərki ən güclü PUA hücumunu həyata keçirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi