MÜHARİBƏ RUSİYA ƏRAZİSİNƏ KEÇİRİLDİ - Vertolyotlar neft bazasını belə vurdu

MÜHARİBƏ RUSİYA ƏRAZİSİNƏ KEÇİRİLDİ - Vertolyotlar neft bazasını belə vurdu + VİDEO

Rusiyanın Belqorod şəhərində, Ukrayna ilə sərhəddən 40 kilometr məsafədə yerləşən neft bazasına bu gün səhərə yaxın vertolyotlardan endirilmiş raket zərbələri nəticəsində başlamış yanğın hələ davam edir.

 Rusiya KİV-ləri xəbər verir ki, neft bazasında 8 rezervuar yanır. Qonşu Kursk vilayətində də güc strukturları yüksək hazırlıq vəziyyətinə gətirilib, yanan neft bazasının yaxınlığında yaşayanlar təxliyə olunub.

Fövqəladə Hallar Nazirliyinin məlumatında isə deyilir ki, yanğının söndürülməsi üçün 194 xilasedici cəlb edilib, yanan bazaya alovu söndürmək üçün köpük vurulur.

Bildirilir ki, zərbələr nəticəsində yaxınlıqda yerləşən nəşriyyat binası da dağılıb. “Saat 5.30-da partlayış səsləri eşidildi. Sonra nəşriyyatın sahibi zəng vurdu və binaya aviazərbə endirildiyini bildirdi. Nəşriyyatın ərazisində raket qalıqları var”, - nəşriyyatın direktoru bildirib.

***

Ukrayna ordusu Rusiyanın bu ölkə ərazisində neft bazalarına ardıcıl olaraq raket zərbələri endirməsinin qisasını almaq üçün uğurlu əməliyyat keçirib. Belə ki, ötən gecə Ukrayna Hərbi Hava Qüvvələrinin iki vertolyotu aşağı hündürlükdə uçaraq Rusiyanın sərhədə yaxın Belqorod şəhərindəki iri neft bazasına raket zərbələri endirib. Zərbələr nəticəsində bazada güclü yanğın başlayıb və hələ də davam edir.

Ukrayna vertolyotlarının neft bazasına necə zərbə endirdiyi videomüşahidə kameraları tərəfindən qeydə alınıb. Belqorod qubernatoru Vyaçeslav Qladkov bu gün səhər jurnalistlərə bildirib ki, neft bazasının partladılması nəticəsində vilayətdə yanacaq qıtlığı gözlənilmir. Hakimiyyət yanacaqdoldurma məntəqələri üçün logistika zəncirini dəyişir.

Qubernator deyib ki, yanacaq bazasına yaxın küçələrdən sakinlər təxliyyə olunur və “Belqorod-Arena” stadionunda yerləşdiriləcək. Yanğın söndürüləndən sonra onlar evlərinə qayıda bilərlər. Qladkov bazada yanğının “aşağı hündürlükdən uçan iki Ukrayna vertolyotunun Rusiyanın hava məkanına daxil olması və zərbə endirməsi nəticəsində baş verdiyini” bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi