Müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb

Müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb 

Azərbaycan son illərdə ordu quruculuğu sahəsində böyük uğurlar qazanıb.

 Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildən etibarən başlanmış nizami ordu quruculuğu prosesi 2020-ci ilin noyabrında Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistan ordusunun darmadağın edilərək torpaqlarımızdan qovulması ilə başa çatıb. Ordumuz ən müasir silahlarla təchiz edilib, ən peşəkar səviyyədə hərbi təlimlərdə bərkiyib. Nəhayət, XXI əsrin müharibəsini böyük rəşadətlə başa vurub, dünyanın ən yaxşı orduları sırasında özünə yer tutub.

Azərbaycanda güclü, nizami, müasir ordu quruculuğu cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edib. Respublikamızın dövlət büdcəsindən ordu quruculuğuna böyük həcmdə vəsait ayrılıb, Silahlı Qüvvələrimizin müasir silah-sursatla təminatı, kadrların peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılıb. Cənab İlham Əliyevin prezidentliyi dövründə hərbi xərclər hər il büdcə xərcləri arasında birinci yerdə dayanıb. Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsini üstələyib.

Məhz bu diqqətin nəticəsidir ki, bu gün Azərbaycan Ordusunun arsenalında dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir silahlar var. Bu silahlar düşmənin istənilən hədəfini dəqiqliklə nişan almağa və məhv etməyə qadirdir. Eyni zamanda, Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq Azərbaycan qısa müddətdə özünün güclü müdafiə sənayesini qurmağa nail olub. Bütün bunların müsbət nəticəsini isə biz ötən 44 günlük Vətən müharibəsində gördük.

Ölkəmizdə müharibədən sonra da ordu quruculuğu prosesi dayandırılmayıb, orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da ordu quruculuğu prosesi dayanmayacaq.

Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Hadrut qəsəbəsində yeni hərbi hissənin açılması da deyilənlərə sübutdur. Açılışdakı çıxışında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin də bəyan etdiyi kimi Hadrutda yeni hərbi hissənin açılması çox əlamətdar hadisədir. Həm ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır, Hadrutda bizim güclü silahlı birləşməmiz təhlükəsizliyimizi, ölkəmizin təhlükəsizliyini qoruyacaq. Digər tərəfdən ona görə ki, bu, azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir. Bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq. Bütün bunlar isə həm əsgərlərdə, həm də ümumilikdə xalqımızda xüsusi ruh yüksliyi yaradır.

Prezidentimizin, dövlətimizin, müzəffər ordumuzun səyi nəticəsində işğaldan azad olunan ərazilərimizdə həyat yavaş-yavaş bərpa olunur. Gələcək nəsillərimiz bu torpaqlarda yaşayıb, mədəni irsimizi bərpa edib yenidən tarix yazacaqlar.

Seyran Ağalarov,

Salyan rayon Gigiyena və Epidemilogiya Mərkəzinin direktoru

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər