“Müsəlmanın ətrafında məscid olmasa, kilsədə, sinaqoqda da ibadət edə bilər”

“Müsəlmanın ətrafında məscid olmasa, kilsədə, sinaqoqda da ibadət edə bilər” 

“Qurani-Kərimdə səcdə olunan bütün məkanların Allaha məxsus olduğu bildirilir. İslam dininin bu məsələyə yanaşması birmənalıdır.

Əgər bu gün bir müsəlman hər hansı bir məkanda ibadət etmək istəsə və ətrafında məscid olmasa, kilsədə, sinaqoqda da ibadət edə bilər”.

 

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

 O bildirib ki, bütün səcdə olunan yerlər Allaha məxsusdur: “İslamın, müqəddəs Quranın, şəriətimizin bizə verdiyi dəyər ondan ibarətdir ki, tək olan Allaha ibadət üçün qərar verilən istənilən məkanda müsəlmanın ibadəti caizdir, yəni icazəlidir. Bu gün tikilən məscid, kilsə, sinaqoq heç də bir millətə və ya ümmətə məxsus deyil. Tək olan Allaha ibadət yeri tikilirsə, bütün səmavi dinlərə inanan insanlar o yerlərə ehtiramla, hörmətlə, izzətlə yanaşmalıdır. Bu yerlər müqəddəs məkanlardır, toxunulmazdır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi