Müxalifətdən Lukaşenkoya ultimatum – “Sizin 13 gün vaxtınız var!”

Müxalifətdən Lukaşenkoya ultimatum – “Sizin 13 gün vaxtınız var!” 

Belarusda prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya bəyan edib ki, Aleksandr Lukaşenkoya qarşı etiraz aksiyalarının iştirakçıları ona “Xalq ultimatumu” elan edirlər.

Bu ultimatuma görə Lukaşenko oktyabrın 25-dək müxalifətin tələblərini yerinə yetirməlidir.

Tixanovskayanın Telegram kanalında verilmiş bəyanatda deyilir ki, 9 avqust prezident seçkisinin rəsmən qalibi elan olunmuş Lukaşenko göstərilən müddətdə istefaya getməlidir. Bu da qeyd olunur ki, Lukaşenkonun legitimliyini nə müxalifət, nə də Avropa İttifaqı tanıyır. Avropa İttifaqı Belarusda keçirilmiş prezident seçksinin saxtalaşdırıldığını elan edib.

Tixanovskya habelə etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılığın dayandırılmasını və bütün siyasi məhbusların azad olunmasını tələb edir. Müxalifət lideri yazır ki, Lukaşenko oktyabrın 25-dək istefa verməsə, oktyabrın 26-dan Belarusda ümumölkə tətili başlanacaq. Bundan başqa bütün yolların bağlanacağı, dövlət mağazalarında işin dayandırılacağı bildirilir: "Sizin üç şərti yerinə yetirmək üçün 13 gün vaxtınız var. Bizim də hazırlaşmaq üçün 13 gün vaxtımız var”.

Tixanovskaya hakimiyyətin dialoq haqqında iddialarını rədd edib və hökumətin hərəkətlərini dövlət terroru adlandırıb. O bir daha hüquq-mühafizə orqanlarını xalqın tərəfinə keçməyə çağırıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi