Nazirə yaxın şirkət təhlükəsizlik qaydalarını pozub –

Nazirə yaxın şirkət təhlükəsizlik qaydalarını pozub – Məhkəmə başlayır

Tikinti sektorunu aparıcı şirkətlərindən olan "Atlant-İnşaat” MMC barəsində inzibati protokol tərtib olunub.

 Qaynarinfo.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə ittiham olunur.

 

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İyulun 11-nə iş məhkəmə baxışı iclası təyin edilib. İşə hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

 

518.1-ci maddəyə görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

"Atlant-İnşaat” MMC 16 mart 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 250 002 AZN olan şirkətin qanuni təmsilçisi Muradov Cəmil Tahir oğludur.

 

"Atlant-İnşaat” MMC "Gilan Holding”ə daxil olan şirkətlərdən biridir. Cəmil Muradov isə holdingə daxil olan onlarla şirkətin qanuni təmsilçisidir. Eyni zamanda onun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun xalası oğlu olduğu barədə məlumatlar var. Bu məlumatlar indiyə qədər təkzib olunmayıb.

 "Gilan Holding” də Kəmaləddin Heydərovun biznes imperiyasına daxil olan şirkət kimi tanınır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi