Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama

Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama 

“Caspian Drilinq Compani Limited” MMC (CDC) koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə təşkil olunmuş karantin düşərgəsində şəraitsiz vəziyyət hökm sürür.

Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə yazıb.

O, qeyd edib ki, hazırda müşahidə olunan soyuq hava şəraitində həmin düşərgədə işçilər iki həftə saxlanıldıqdan sonra 28 gün də dəniz plaformasında olacaqlar.

 

Mirvari Qəhrəmanlı 


 M.Qəhrəmanlının statusdan sonra sosial şəbəkədə CDC MMC ilə bağlı şikayətlər yazılıb. Bildirilib ki, 1996-ci ildə yaradılmış və əsas payı SOCAR-a məxsus olan CDC (MMC qazma şirkətinin hazırda 160 əməkdaşı var.

Koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin tərbiq olunmasından öncə şirkətin iş qrafiki belə olub: İşçilər iki həftə quru (ev günləri), iki həftə isə dənizdə platformadasında (iş günləri) olublar.

Karantin rejimi tətbiq olunduğu müddətdə isə işçilər iki həftə evdə qaldıqdan sonra neftçilər iki həftə “Primorskiy” adlanan ərazidə karantin düşərgəsində tək qalandan sonra əlavə 28 gün də dənizdə işləyirlər.

Hazırda karantin düşərgəsin elektrik enerjisinin verilişinin dayandığı və istilik sisteminin işləmədiyi deyilir.

SOCAR

İddialara cavab olaraq SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Bizimyol.info-ya bildirib ki, CDC MMC şirkəti ötən il öz işçiləri üçün yeni karantin düşərgəsi təşkil edib, işçilərin istirahəti və karantin müddətinin keçirilməsi üçün tam şərait yaradılıb.

“Otaqlarda işıq və istilik sistemi daim işləyir. Yalnız dünən gecə ümumilikdə həmin ərazidə elektrik enerji təchizatı pozulmuşdu. Təəssüf ki, elektrik enerjinin təchizatı CDC şirkətindən asılı olmayan səbəblərə görə dayandırılmışdı. Lakin bu gün artıq CDC şirkəti öz generatorları ilə düşərgədə elektrik enerjisinin və istiliyin təchizatını bərpa edib və problemi aradan qaldırıb.

İşçilərə karantində qaldığı müddətdə əmək haqqı ödənilir. Karantin müddətinin uzunluğuna gəldikdə isə, bir dəfə onun 1 həftəyə qədər azaldılmasına cəhd olunmuşdu, lakin nəticədə dənizdə iş zamanı yoluxmalar baş verdi. Buna görə də karantin müddəti təkrar 2 həftə olaraq təyin olundu”.

İ.Əhmədov qeyd edib ki, hazırda SOCAR-ın dənizdə çalışan bütün işçiləri kimi CDC şirkətinin əməkdaşları da peyvənd olunur: “Vaksinasiya prosedurlarını tam başa çatdıran işçilər artıq bundan sonra iş növbəsində əvvəl karantində saxlanılmayacaq”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər