“Nizami” kinoteatrı sökülür... - Foto

“Nizami” kinoteatrı sökülür... - Foto 

Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində yerləşən, 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş “Nizami” kinoteatrı sökülərək yenidən tikilir.

Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Eyvaz Qocayev məlumat yayıb. O bildirib ki, bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək:

“Üç zaldan ibarət olacaq kinoteatr şəhərin 70 illiyi ərəfəsində, yaxın zamanlarda kinosevərlərin ixtiyarına veriləcək. Sumqayıtlıları narahat edən bir məsələ də öz həllini tapacaq. Belə ki, bazar ətrafında yerləşən Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəli kinoteatrın qarşısına keçirilib".

“Nizami” kinoteatrı sökülür... - Foto
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi