"Ödənişlərin yalnız kartla olması mümkün deyil,gigiyena baxımından isə sadalayası o qədər şeylər var ki"

"Ödənişlərin yalnız kartla olması mümkün deyil,gigiyena baxımından isə sadalayası o qədər şeylər var ki" -Əkrəm Həsənov

İaşə obyektlərində, ticarət mərkəzlərində, kiçik marketlərdə ödənişin birdəfəlik kartla edilməsi təklif olunur.

Bildirilir ki, əldən-ələ gəzən kağız pullar gigiyena baxımından əlverişli deyil, müxtəlif yoluxucu xəstəliklərə birbaşa qapıdır. Hələ də barmağını ağız suyuna batıraraq pul sayan market, bazar işçilərinin olduğunu nəzərə alsaq, bu təklif qulaqda o qədər pis səslənmir. 

 

Faktinfo.az xəbər verir ki,Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə Pravda.az-a açıqlamasında deyib ki, ödənişlərin yalnız kartla olması mümkün deyil: "Bəlkə, kiminsə bank kartı yoxdur? Bəzən elə olur ki, kart sistemi işləmir. Bəs onda bu kimi hallarda nə edək? Azərbaycanda yeganə ödəniş vasitəsi nağd manatdır və bunu məhdudlaşdırmaq olmaz. Axı insanları məcbur edə bilmərik ki, "sən get bankla müqavilə bağla, kart al, gərək, mütləq kartın olsun..."

Bu, insan haqlarının pozulmasıdır. Ümumiyyətlə, nağdsız hesablaşmalar zorla, məcburən inkişaf etdirilə bilməz. İnsanları təşviq etmək lazımdır. Gigiyena baxımından isə sadalayası o qədər şeylər var ki.Təkcə pulla bu məsələ həll olunası deyil.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi