Orxan Fikrətoğlu: “Başım bu bahalıqda ailəmi saxlamağa qarışıb”

Orxan Fikrətoğlu: “Başım bu bahalıqda ailəmi saxlamağa qarışıb” 

“Azərbaycanda yazıçı olmaq və həm də ailə saxlamaq mümkün deyil.

 Bir ildir, “Sirat oteli” adlı roman yazıram. Bu bir ildə özüm üçün heç olmasa on boş gün ayıra bilməmişəm ki, yazını tamamlayım. Yazıçı azad və rahat həyat yaşamalıdır. Bu qədər qayğının içində yazılan mətn nə olacaq?!”

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Orxan Fikrətoğlu bildirib.

 

““Yazıçının əməyi qanunla tənzimlənməlidir”, “yazıçıya müəyyən fondlar pul ayırmalıdır” desəm ortalığa minlərlə qrofoman çıxıb həmin mənbələrdən məndən qabaq bəhrələnəcəklər. Yazıçının adının reallığa qayıtması işi də Allaha qalıb. Bu ad, təəssüf ki, nüfuzdan salınıb. Dəyər verən, senz olan, obyektiv ədəbi mətni dəyərləndirən insanlar və qurumlar da yoxdur. Kimə səlahiyyət versən, yorğanı öz üstünə çəkəcək. Ona görə də bütün detalları işlənmiş romanı bir ildir ki, bitirə bilmirəm. Başım bu bahalıqda ailəmi saxlamağa qarışıb. Amma roman da məni sakit buraxmır. Adam belə dağılır və məhv olur” – O.Fikrətoğlu qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər