
PAKİSTAN HİNDİSTANA ZƏRBƏLƏR ENDİRİR - Çoxsaylı strateji hədəflər vurulur, aerodromlar, elektrik şəbəkəsi məhv edilib
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.
Bu barədə “Geo” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Pakistan Silahlı Qüvvələri Hindistanda çoxsaylı strateji hədəfləri vurur və Bisadakı “BrahMos” raket anbarının məhv edildiyi bildirilir.
Bundan başqa Hindistanın elektrik şəbəkəsinin 70 faizi yarasız vəziyyətə salınıb, onların “ZKG Top”dakı qərargahı, Uridəki təchizat anbarı məhv edilib.
Pakistan ölkə ərazisinə raketlərin buraxıldığı Beasdakı “BrahMos” anbarını, Udhampur aviabazasını və Pathankot aerodromunu bombalayaraq yararsız vəziyyət salıb. Xatırladaq ki, Udhampur aviabazası “Fateh-13” raketləri ilə vurulub.
Pakistanın baş naziri Şahbaz Şərif isə əməliyyatların başlamasından sonra Milli Komandanlıq Şurasını toplayıb.
Bundan əvvəl Hindistan Pakistanın aviabazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Silahlı Qüvvələrinin sözçüsü hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb./Report.az
Bu xəbər üçün şərh yazın