Pakistan SSRİ-dən aldığı borcu Rusiyaya qaytardı

Pakistan SSRİ-dən aldığı borcu Rusiyaya qaytardı 

Pakistan SSRİ ilə apardığı ticarət əməliyyatlarına görə yaranmış 93,5 milyon ABŞ dolları məbləğində borcu onun hüquqi varisi sayılan Rusiyaya qaytarıb.

Bu barədə “The News International” nəşri yazıb.

Məlumatda deyilir ki, bu məsələ iki ölkə arasında ticarət münasibətlərinin inkişafına mane olurdu. Rəsmi İslamabad ümid edir ki, borcun qaytarılması ilə Rusiyadan investisiya cəlb etmək mümkün olacaq.

Xatırladaq ki, ötən ilin dekabr ayında Rusiyanın maliyyə nazirinin müavini Sergey Storçak və Pakistanın bu ölkədəki səfiri Kazi Xəlilulla SSRİ dövründən qalmış qarşılıqlı maliyyə tələblərinin və öhdəliklərinin tənzimlənməsi barədə saziş imzalamışdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər