Paytaxt bakıda atmosferdə tozun miqdarı yenə normadan artıq elan olundu

Paytaxt bakıda atmosferdə tozun miqdarı yenə normadan artıq elan olundu 

Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 4 dəfə yuxarı olduğu qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin məlumatına görə, buna səbəb ölkə ərazisinə Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.

Qeyd edilir ki, atmosferdə müşahidə olunan toz iyulun 27-dək davam edəcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi