Pənah Hüseyn YAP-ın gənc namizədinin atasına nə demişdi?

Pənah Hüseyn YAP-ın gənc namizədinin atasına nə demişdi? 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 23 saylı Nəsimi ikinci seçki dairəsindən namizədi Elnur Rəhimov Bakı Tikiş Evinin direktoru Fidail Rəhimovun oğludur.

Faktinfo.az Yenisabah.az-a istinadən  xəbər verir ki, Fidail Rəhimov 2010-cu ildə keçirilən parlament seçkilərində YAP-ın namizədi olub. Lakin seçkilərdə qalib gəlməyib. Həmin dairədən Demokratik İslahatlar Partiyasının sədri Adim Mollazadə qalib elan edilib. 

Fidail Rəhimovun rəqiblərindən biri də keçmiş baş nazir Pənah Hüseyn olub. İctimai Televizayada namizədlər üçün təşkil olunan debatda Pənah Hüseyn onu sərt tənqid etmişdi. 

Keçmiş Baş nazir Fidail Rəhimovun AXC-Müsavat hakimiyyəti barədə tənqidlərinə cavab olaraq Bakı Tikiş Evinin istehsalı olan məktəbli formalarının keyfiyyətsiz olduğunu dilə gətirərək bildirmişdi: 

“Siz burda 93-dən danışmaqdansa, bu məktəblilərə ki, paltar tikmişdiniz, İqtisadi İnkişaf Nazirliyi onu brak çıxartdı rəsmən, orada  3-cü sinifə tikdirdiyiniz o paltarlar Asim Mollazadənin əyninə lax olardı. Ona cavab verin, onun hesabını verin”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi