Pensiya alanların sayında kəskin azalma - 6 ayda 17 min nəfər...

Pensiya alanların sayında kəskin azalma - 6 ayda 17 min nəfər... 

2022-ci ilin əvvəlinə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 197 min nəfər olub. Bu da ölkə əhalisinin 11.9 faizini təşkil edib.

Bu barədə  Turan.az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Altı ay öncə, 2021-ci il iyulun 1-i Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214.1 min pensiyaçı qeydiyyatda olmuşdu. 

Həmin məlumatı da DSK yaymışdı. Komitənin məlumatına görə, bu da ölkə əhalisinin 12.1 faizini təşkil edirdi: "Onların 58.8 faizi yaşa, 29.5 faizi əlilliyə, 11.7 faizi isə ailə başçısını itirməyə görə pensiya alır…".

2017-ci ildə Azərbaycanda pensiya yaşı artırılıb. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, kişilərdə 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılıb. Qadınlarda isə 60 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılmalıdır.

Son 4 il 6 ayda Azərbaycanda pensiyaçıların sayında azalma başlayıb. Rəsmi rəqəmlərə görə, 2017-ci il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 328.4 min nəfər pensiyaçı qeydiyyatda olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi