Peyğəmbərin karikaturasını çəkən rəssam yanaraq öldü

Peyğəmbərin karikaturasını çəkən rəssam yanaraq öldü 

Məhəmməd peyğəmbərin karikaturasını çəkən isveçli rəssam Lars Vilks və onun iki mühafizəçisi ölüb.

Bu məlumatı SVT televiziyası yayıb. Məlumata görə, Lars Vilksin avtomobili İsveçin cənubunda yük maşını ilə toqquşub. Toqquşmadan sonra hər iki maşın yanıb.

İnsidentin qəza olub-olmadığını hələlik müəyyən etmək mümkün olmayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi