PEYK TƏSVİRLƏRİ RUSİYANI İFŞA EDİR –

PEYK TƏSVİRLƏRİ RUSİYANI İFŞA EDİR – Buça qətliamı həftələr əvvəl törədilib -VİDEO

Rusiya əsgərlərinin Kiyev vilayətinə daxil olan Buça şəhərində törətdiyi kütləvi qətliam dünyada böyük rezonansa səbəb olub.

Dünya mediası bir neçə gündür soyqırım görüntülərini manşet xəbərlərdə təqdim edir. Dəhşətli kadrlar Qərb ölkələri liderlərini də hərəkətə keçirib.

ABŞ Prezidenti Co Bayden Kreml rəhbəri Vladimir Putini hərbi cani adlandırıb. Fransa Prezidenti Emmanuel Makron isə Rusiya siyasi rəhbərliyinin Beynəlxalq Ədalət Məhkəməsi qarşısında cavab verməli olduğunu bəyan edib. Ancaq Rusiya israrla ittihamları rədd edir, bunu Ukraynanın “provokasiyası” hesab edir. Dünən xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəszilik Şurasının təcili iclasının çağırılmasını istəyib, amma Böyük Britaniya bu xahişi rədd edib. 

“The New York Times”-ın Buça şəhərindən yaydığı peyk görüntüləri isə meyitlərin guya Rusiya əsgərləri çıxandan sonra peyda olması iddialarını yalanlayır. Qəzetdə dərc olunan məqalədə deyilir ki, Buçada dinc sakinlərin çoxunun meyiti üç həftədən çoxuydu küçələrdə idi. Həmin günlərdə şəhər Rusiya ordusunun nəzarətində olub./AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər