“Pirşağıda 4-5 tualet borusunun ağzına ucuz bir filtr qoymağa pul yox imiş” - VİDEO

“Pirşağıda 4-5 tualet borusunun ağzına ucuz bir filtr qoymağa pul yox imiş” - VİDEO 

Bakının Sabunçu rayonunda, Pirşağı qəsəbəsində çirkab suları çimərliə axıdılır.

Pravda.az-ın xəbərinə görə, ReAl Partiyanın sədri İlqar Məmmədov deyib ki, su təsərrüfatına ildə yüz milyonlarla manat ayrılır, amma Pirşağıda 4-5 tualet borusunun ağzına heç olmasa ucuz bir filtr qoymağa pul yox imiş:“Ya da möcüzə nəticəsində belə pullar kiminsə xaricdə villasına çevrilib. Belə vəhşiliyi görən çimərliklərə gedər? Getsə də, ancaq günəş axtarışında gedər, sudan həmişəlik iyrənər.

 12-15 il əvvəl ATƏT Parlament Assambleyasının Qarabağ münaqişəsi üzrə bir məruzəçisi var idi. Onunla bir-iki dəfə restoranda görüşmüşdük. Yaşlı adam idi. Yarı-zarafatla deyirdi ki, millətləri təmizkarlığına görə iki hissəyə bölür: pivə düzəldə bilən millətlər və bunu bacarmayan millətlər - çünki pivə istehsalında təmizlik birinci amildir. 

Yaxşı ki, onunla Abşeron çimərliklərində görüşməmişdik”.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi