PKK başçısı: “Rusiya ilə ABŞ bizi Türkiyənin dronlarının qarşısında tək qoydular”

PKK başçısı: “Rusiya ilə ABŞ bizi Türkiyənin dronlarının qarşısında tək qoydular” 

“Yeni Şafak” xəbər verir ki, PKK terror təşkilatının Suriya qolu olan PYD-nin rəhbərlərindən biri, Türkiyədə qırmızı axtarış siyahısında olan Salih Müslüm Türkiyənin asayiş, kəşfiyyat və silahlı qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi hava əməliyyatları nəticəsində terror rəhbərliyi sıralarında çox sayda itki verdiklərini söyləyib. 

O, PKK-nın Türkiyənin PUA və silahlı dronlarının qarşısında tək qaldığını deyərək əlavə edib: “İndi nə ABŞ, nə də Rusiya bizim üçün Türkiyə ilə qarşı-qarşıya gəlməz”.

Salih Müslüm Türkiyənin Suriyanın şimalındakı ərazilərdə inşa elədiyi yaşayış məntəqələrinə suriyalı qaçqınları qaytarmaq layihəsindən də narazı olduğunu bildirib./Hurriyyet.az 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi