“Poroşenko Orbandan 1 milyon dollar alıb” – Ukrayna siyasətində yeni qalmaqal

“Poroşenko Orbandan 1 milyon dollar alıb” – Ukrayna siyasətində yeni qalmaqal 

Məlum olduğu kimi, bir müddət əvvəl Ukraynanın sabiq prezidenti və hazırda parlamentdəki müxalif fraksiyaya rəhbərlik edən Pyotr Poroşenko ölkəni tərk etmək istəyərkən sərhədçilər tərəfindən saxlanılıb.

Onun ölkədən çıxmasına icazə verilməyib. Poroşenkonun xaricə buraxılmaması böyük qalmaqala səbəb olmuşdu və hökumət bunu onunla izah etmişdi ki, Poroşenko Macarıstanın Baş naziri Viktor Orbanla görüşəcəkdi. Hansı ki, Rusiya xüsusi xidmət oirqanları bu görüşdən Ukraynaya qarşı istifadə edə bilərdi.

AzPolitika.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, Ukraynada Poroşenko ilə bağlı daha bir siyasi qalmaqal meydana çıxıb. Belə ki, Ukrayna Milli Anti-Korrupsiya Bürosu Poroşenkonun sözügedən səfərdən az öncə Macarıstan hökumətindən 37 milyon qrivna, yəni, indiki kursla təxminən 1 milyon ABŞ dolları aldığını bəyan edib. Qurumun rəsmi saytında yer alan məlumatda deyilir ki, hazırda Ukraynadakı müxalif Avropa Həmrəyliyi Partiyasının lideri olan Pyotr Poroşenko Macarıstan hökumətindən Viktor Orbanla görüşdən əvvəl 37 milyon qrivnadan artıq pul alıb. Belə ki, 2023-cü ildə Poroşenko iki mənbədən gəlir əldə edib və bunlardan da ən böyüyü Macarıstanın Maliyyə Nazirliyindən daxil olub - 37 milyon 104 min qrivna. Qeyd edilir ki, Macarıstan hökuməti Macarıstanın Baş naziri Viktor Orbanla danışıqlar aparmaq üçün xaricə getməyə cəhd etməzdən bir həftə əvvəl Poroşenkonun hesabına pul köçürüb.

Poroşenkonun mətbuat xidməti ona Orbandan hansı məqsədlə pul ödənildiyini izah etməyib. Ukraynalı siyasi ekspert Valentin Qladkixin bildirdiyinə görə isə, Pyotr Poroşenko Macarıstanda Orbanla planlaşdırılan görüşdə onun vasitəsilə Rusiya Federasiyasına və digər maraqlı tərəflərə “Ukraynanı sülhə məcbur etmək” kampaniyasına rəhbərlik etməyə hazır olduğuna dair siqnal çatdırmaq niyyətində olub.

Lakin onu da qeyd edək ki, Poroşenko Ukraynanın ən zəngin adamlarından biridir, prezidentlikdən əvvəl onun varidatı bir milyarddan çox olub, hazırda isə 100 milyonlarla dollarla ölçülür. Odur ki, sabiq Prezidentin pul müqabilində Orbanla hansısa sövdələşməyə getməsi iddiası müəmmalı görünür.

Ancaq onu da xatırladaq ki, məhz Poroşenkonun hakimiyyəti dövründə Rusiya ilə təslimçi “Minsk-2” sazişi bağlanıb və Kreml bu sazişdən çıxış edərək, Ukraynaya qarşı ərazi iddialarını əsaslandırmağa çalışır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi