Poz-qazan aldı,şüşəni sındırdı,polisə düşdü

Poz-qazan aldı,şüşəni sındırdı,polisə düşdü 

Şamaxıda poz qazan alıb uduzduğu üçün, lotoreya biletləri satılan köşkün şüşəsini sındıran şəxs həbs edilib.

Məlik (şərti) 06 fevral 2023-cü il tarixdə, günorta saatlarında Şamaxı şəhəri, C.Cabbarlı küçəsində lotoreya bileti alaraq, həmin bileti pozduğu anda uduzduğu üçün, əsəbləşib ünvansız söyüşlər söyüb və daha sonra lotoreya biletləri satılan köşkün şüşəsini sındırıb. Daha sonra hadisə yerinə yaxınlaşan polis əməkdaşları onu intizama dəvət etsə də, o, əsəbləşdiyindən polisin qanuni tələbinə tabe olmayıb. 


Şamaxı rayon Məhkəməsinin qərarı ilə, Məlik İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həhbs edilib./32gun.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi