"Praqada dördtərəfli görüşlər,Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması..."

"Praqada dördtərəfli görüşlər,Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması..." - Eltun Süleymanov

Ermənistan silahlı qüvvələrinin Sentyabr ayının 13-dən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqelərini müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutması vəziyyəti gərginləşdirmişdi.

  Erməni terrorçularının bu hərəkətindən sonrakı günlərdə isə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri çərçivəsində ATƏT-in Minsk Qrupunu yenidən “diriltməyə” çağırış etməsi,Ermənistan tərəfindən təcavüzə və işğala məruz qalmış Azərbaycana qarşı təhrikçi və bölgədə sülhə və təhlükəsizliyə böyük zərbə ola biləcək fikirlər səsləndirməsi sülh sazişinin imzalanmasını zərbə altına qoymuşdu.Erməni pərəst ölkələr bununla elə başa düşdülər ki,Azərbaycana qarşı təzyiq edə biləcəklər.


  Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışında Ermənistan hakimiyyətinə,erməni pərəst dövlətlərə bir daha bəyan etdi ki,Azərbaycanla təzyiq dilində danışmaq yersizdir.Prezident İlham Əliyev açıq və hamının başa düşdüyü bir şəkildə bildirdi ki,ATƏT-in “Minsk Qrupu”nun həmsədrləri illərlə  işğal altındakı əraziləri dəfələrlə ziyarət ediblər,bütün şəhər və kəndlərin qəddarcasına məhv edilməsinə, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşmasına şahid olublar,ancaq Ermənistanı 28 illik “fəaliyyət” dövründə bircə kəlmə də olsa qınamayıblar.Əksnə müəyyən dərəcədə Ermənistanın təcavüzünü legitimləşdirmək yolunu tutublar.


  İlham Əliyev məlum forumunda onu da bəyan etdi ki, özünümüdafiə ilə bağlı paraqrafını istifadə etdiyi və milli ləyaqətimizi bərpa etdiyi bir vaxtda başqa bir vasitəçiliyə ehtiyac duyulmur. Bu Praqa görüşləri ərəfəsində haqlı və ədalətli mübarizəmizdən bir addım da geri çəkilməyəcəyimizin göstəricisi,ermənipərəst ölkələrə,ATƏT-in Minsk Qrupunu yenidən “diriltməyə” çalışan dövlət rəsmilərinə isə açıq mesaj idi.Baxsaq görərik ki,Azərbaycana  ultimatum dili ilə danışan ölkələrə- Ali Baş Komandanın seçdiyi siyasi ifadələr ermənistan hakimiyyətinə sülh sazişini imzalamağın ən mütərəqqi addım olacağını anladır.Azərbaycan Prezidentinin "Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik ", konteksində vurğulaması buna bariz nümunədir.


  Bu fikirləri Faktinfo.az saytının əməkdaşının sualına cavab olaraq Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


  İctimai Şuranın sədr müavini onu da bildirib ki,Prezident İlham Əliyevin bu fikirlərindən bir neçə gün sonra Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında sülh gündəliyinə sadiqliyindən danışması,Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasını etiraf etməsi,bu mənada Vardan Oskanyan və Robert Köçəryan, Serj Sarkisyan və Edvard Nalbandyanın bunu qəbul etməsini bildirməsi,ardınca Qarabağı Azərbaycandan qoparmağın mümkün olmayacağını etiraf etməsi və mən Praqaya sülh üçün gedirəm deməsi,Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevin sistemli şəkildə yeritdiyi xarici siyasətinin göstəricisi,xalqımızın uğurudur.


  Məhz onun nəticəsidir ki,Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra Yelisey sarayının rəsmi saytında qeyd edildi: - Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.


  Bununla bir da Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı,Qarabağın Azərbaycana məxsusluğunu qəbul etdi.Bu siyasi gediş sülhə doğru böyük addımdır,-deyə  Eltun Süleymanov bildirib.

 Faktinfo.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi