Prezident Saleh Məmmədovda səhv tutdu: “Şişirtmə bu rəqəmləri”

Prezident Saleh Məmmədovda səhv tutdu: “Şişirtmə bu rəqəmləri” 

Prezident İlham Əliyev ötən gün Qəbələnin Böyük Əmili- Bılıx -Əmirvan avtomobil yolunun açılışında iştirak edib.

Açılış mərasimində ölkə başçısına görülmüş işlər  barədə Azərbaycan Dövlət Avtomobil Yollarının Agentliyinin sədri Saleh Məmmədov məlumat verib. 


Bildirib ki, sözügedən yol bütövlükdə 15 km-dir: "Bu yol 11 yaşayış məntəqəsini birləşdirir. 10 min  əhali yaşayır.


Prezident İlham Əliyev: Əmirvan kəndindən o tərəfə yaşayış yeri yoxdurmu? 


Saleh Məmmədov: Burada yol da yoxdur, cənab prezident. 7 km yarım bir yol çəkilsə,  Vəndam kəndinə gedib çıxmaq olar. 


Prezident İlham Əliyev: Bu layihə üzərində işləyin, onu edərik.


Saleh Məmmədov: Digər investisiya proqramında nəzərdə tutulmuş Nic-Abrıx yoludur. Bu yol da 18 km-dir. Burada 40-a yaxın yaşayış məntəqəsi var. 


Prezident İlham Əliyev:  Qəbələ rayonunda cəmi 60 kənd var. Sən deyirsən 40-a yaxın? 


Saleh Məmmədov: Bağışlayın, üzr istəyirəm, cənab prezident.


Prezident İlham Əliyev: Mən bilirəm axı, Qəbələdə 60 kənd var. Şişirtmə bu rəqəmləri./Qaynarinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi