Prezident və prezidentliklə bağlı Mənsimovun - Cavabı

Prezident və prezidentliklə bağlı Mənsimovun - Cavabı 

"Palmali" Şirkətlər Qrupunun rəhbəri, tanınmış azərbaycanlı milyarder Mübariz Mənsimov son günlərdə sosail şəbəkədə adının təxribat məqsədilə hallandırılmasına münasibət bildirib.

O, bu barədə İnstaqram hesabında qeyd edib.

"Son günlər sosial mediada əslində xoş niyyətə söykənməyən paylaşımlar diqqətimi çəkib. Xüsusilə, trol hesablar və səhifələr tərəfindən məqsədyönlü paylaşıldığı şübhə doğurmayan bu qeydlərdə mənim prezidentliyə namizəd olmağıma çağırışlar səslənir. Dəfələrlə demişəm və bu gün də bəyan edirəm ki, mən siyasət adamı deyiləm. Belə bir niyyətim də yoxdur. O çağırışlara xoş niyyətlə reaksiya verən sadə həmvətənlilərimə isə demək istəyirəm ki, gördüyüm bütün işləri insanlarımız və dövlətimiz üçün etmişəm. Ona görə də bu tipli təxribatlara uymamağa çağırıram. Bunu edənlər uzun zamandır ki, mənə qarşı "qara piar" aparan qrupdur. Bu qrup ucuz piara əl atmazdan əvvəl dərk etməlidir ki, Mübariz Mənsimov başqa bir ölkənin vətəndaşıdır. "Palmali"ni böyütməkdən, gücləndirməkdən başqa bir iddiam yoxdur.

Mən demişəm, indi də deyirəm ki, iş adamı siyasətçi ola bilməz. Siyasətçi də iş adamı ola bilməz. Bunlar ikisi də bir-birinə ziddir. İş adamının borcu dövlətinin yanında olmaqdır.

Bəziləri kimi arxadan oyun oynamıram. Və yediyim qaba tüpürmərəm! Mən hər zaman Prezidentimin, xalqımın yanındayam", - Mənsimov yazıb./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər