Putinin "xəstələnməsində" erməni barmağı –

Putinin "xəstələnməsində" erməni barmağı – Prezidentin xəstə olması xəbərini kim ötürə bilərdi?

Xəbər verildiyi kimi, bu günlərdə İngiltərənin «The Sun» qəzeti Rusiya prezidenti Vladimir Putinin xəstə olduğunu və bu səbəbdən də tezliklə istefa verəcəyini yazıb.

Prezidentin mətbuat katibi Dmitri Peskov dərhal bu məlumatı təkzib edib.

Özlüyündə bu, adi bir «saray dedi-qodusu»na bənzəsə də, konkret zaman-məkan çərçivəsində nəzər salındıqda, xeyli maraqlı, o qədər məkrli mətləblərdən xəbər verir və sıradan bir saray intriqasına oxşamır.

Zaman-məkan çərçivəsi deyərkən, konkret olaraq, aşağıdakıları nəzərdə tuturuq:

Cənubi Qafqazda (Dağlıq Qarabağda) şiddətli döyüşlər gedir, Azərbaycan işğal altındakı torpaqlarını azad etmək uğrunda vətən müharibəsi aparır, bu savaşda işğalçı Ermənistan ordusu darmadağın edilir, Azərbaycan öz torpaqlarını qarış-qarış işğaldan azad edir… Ötən 27 ildə işğalçı tərəf hər zaman Rusiyanın köməyinə arxalanıb, hər vasitə ilə ərazidə status-kvonu qoruyub saxlamağa çalışıb, ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaxından dəstəyi ilə sülh danışıqlarını imitasiya edib və əldə etdiki zaman kəsiyində işğal altındakı ərazilərdə möhkəmlənib, işğalçı tərəfin siyasi rəhbərliyi dövri olaraq, Azərbaycan tərəfin heysiyyatı ilə oynayıb, yekəbaş bəyanatlar səsləndirib…

Vəziyyət qəflətən dəyişdi və Azərbayan özü suverenliyinin, ərazi bütövlüyünün bərpası yolunda əks-hücuma keçdi və qısa zamanda işğalçının gözləmədiyi uğurlar qazandı, işğal olunmuş ərazilərin böyük hissəsini azad etdi və s. İndi vəziyyət elədir ki, bölgədə müharbənin zorakı fazası sona çatmaq üzrədir və Ermənistan rəhbərliyi özü üçün bunun fəlakətli nəticələrə gətirəcəyini göz önünə gətirərək, hər cür alçaq işlərə qol qoyur, rəzil xislətinə uyğun olaraq sağa-sola üfunət püskürür, çeşidli yalan-palan uydurur. Putinin xəstə olması barədə ingilis qəzetinin dərc ediyi xəbər də erməni əmləlinə bənzəyir.

Bəs, erməniləri Putin barədə belə feyk-xəbər uydurmağa nə vadar edə bilərdi?

Məlumdur ki, Qarabağda döyüşlər başlanan gündən üzübəri erməni tərəf israrla Rusiyadan, şəxsən prezident Putindən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından ümid bəslədiyi köməyi istəsə də, ala bilməyib. Rusiya müxtəlif diplomatik “priyom”larla Ermənistanın siyasi rəhbərliyinə nəzakətlə «yox» cavabı verib. Bu da erməniləri bərk qəzəbləndirib və onlar məğlubiyyətlərinin günahkarı qismində şəxsən Putinə barmaq tuşlayıblar. Məhz bu mülahizələrdən dolayı, haqlı olaraq, belə məntiqi nəticəyə gəlmək olar ki, ingilis dərgisinə Putinin xəstə olması və istefa verəcəyi barədə «donosu»da Rusiya paytaxtında kök salmış emənilər ötürüblər. Nədən ki, indiki halda Putinin hakimiyyətdən getməsi məhz ermənilərin ən böyük arzusudur. Bununla onlar hesab edirlər ki, Rusiyanın yeni rəhbərliyini qısa müddətdə «erməni toruna» sala və Qarabağ məsələsində Rusiyanın hərbi köməyinə nail ola bləcəklər…

Bu versiyanı möhkəmlədən başqa bir xəbər də var. Məsələn, bir neçə gün bundan əvvəl Rusiya mənbələri xəbər verdilər ki, Putin tezliklə Xarici İşlər naziri Sergey Lavrovu vəzifəsindən uzaqlaşdıracaq və onu Federasiya Şurasına «istirahətə» göndərəcək, Lavrov Zaxarovanı özü ilə aparacaq. Heç kimə sirr deyil ki, Kremlin sirlərinin ən yaxın bələdçilərindən biri olan Lavrov ermənidir və Ermənistanın düşdüyü indiki fəlakətli durum onu narahat etməyə bilməz. Digər tərəfdən, Lavrovun erməni mövqeyindən çıxış edərək, «vətəninin» rəzil durumunu sakitcə seyr edəcəyi inandırıcı görsənmir, amma onun açıq müqavimət göstərməyə də cürəti çatmır. Belə bir vəziyyətə onun bircə yolu qalır - Putinə qarşı feyk-xəbərlərlə mübarizə aparmaq. Belədə, böyük ehtimalla, ingilis dərgisinə Putin barədə feyk-xəbər məhz Lavrovun kontorundan və yenə da böyük ehtimalla, Zaxarovanın yaxından iştirakı ilə ötürülüb!

Mirzə AĞ

AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi