“Qarabağda kazinolar açılsın“ - Deputatdan təklif

“Qarabağda kazinolar açılsın“ - Deputatdan təklif 

“Azərbaycanın coğrafi mövqeyi imkan verir ki, əyləncə turizmi anlayışı da bu qanun layihəsinə daxil edilsin”.

Bunu Milli Məclisin iclasında “Turizm haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O təklif edib ki, kazinoların Azərbaycanda açılmasına icazə verilsin:

“Rusiyada bu, müəyyən əraziləri əhatə edir. Azərbaycanda da belə edə bilərik. Məsələn, Qarabağda, Zəngəzurda kazinoların açılmasına icazə verə, bununla da turist cəlb edə bilərik. Digər tərəfdən, Nargin adasında buna icazə verə bilərik. Turist axınını cəlb etmək üçün xidmət sahəsində fəaliyyətlər təkmilləşdirilməlidir”.

Deputat bildirib ki, bu qiymətlərlə nə xaricilər Azərbaycana gələcək, nə də daxili turizm inkişaf edəcək: “İnsanlar evində oturub bozbaş yeməyə üstünlük verəcək. Burada əsas məsələ qiymətlərin aşağı salınması ilə bağlı olmalıdır". 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi