Qazaxda şəhid dəfn edilib - FOTO

Qazaxda şəhid dəfn edilib - FOTO 

Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbçisi, 1995-ci il təvəllüdlü Kərimov Kamil Ələddin oğlu Qazax rayonunda dəfn edilib.

Report.az xəbər verir ki,dəfn mərasimində şəhidin yaxınları, döyüş yoldaşları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib.

K.Kərimov Qazaxın Ürkməzli kənd qəbristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmətdə olan K.Kərimov Vətən müharibəsi dövründə Murovdağ istiqamətində qəhrəmancasına döyüşüb.

Döyüşlərin başladığı ilk günlərdən ailəsinin Kamildən məlumatı olmayıb. Dünən onun şəhid olduğu məlum olub.

Allah rəhmət eləsin!






Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər