Qazaxıstanda etirazlar davam edir -

Qazaxıstanda etirazlar davam edir - Yenilənib

Qazaxıstanda maye qazın qiymətinin aşağı salınmasına baxmayaraq etirazlar davam edir.

Nümayişçilər ölkə hökuməti qarşısında digər sosial-iqtisadi xarakterli tələblər irəli sürüblər. Artıq ölkə prezidenti Qasım Jomart Tokayev də öz “Twitter” səhifəsindən etirazçılara müraciət edib.

O, həmin tələblərin sabah baş tutacaq hökumət iclasında nəzərdən keçiriləcəyini bildirib.

***

Qazaxıstanda hakimiyyət devrilməyəcək.

Bu sözləri Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev etirazlar fonunda verdiyi açıqlamasında deyib.

O, vətəndaşları təmkinli olmağa çağırıb.

Qeyd edək ki, Qazaxıstanda yanacağın qiymətinin iki dəfə artması bir sıra şəhərlərdə kütləvi etirazlara səbəb olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi