Qərb bölgəsində güclü külək başladı-Gəncə, Daşkəsən, Göygöl, Şəmkir, Samux və Gədəbəy rayonlarında...

Qərb bölgəsində güclü külək başladı-Gəncə, Daşkəsən, Göygöl, Şəmkir, Samux və Gədəbəy rayonlarında... +VİDEO

Axşam saatlarından başlayaraq Gəncə, Daşkəsən, Göygöl, Şəmkir, Samux və Gədəbəy rayonlarında güclü külək və yağışlı hava şəraiti müşahidə olunur.

Faktinfo.az Report.az-a istinadən xəbər verir ki, Gəncə şəhəri, həmçinin Daşkəsən və Şəmkir rayonlarının bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Fırtına səbəbindən Daşkəsən şəhərində irigövlədi ağac kökündən çıxaraq yola aşıb.

Hava şəraitinin kəskin dəyişməsi səbəbindən bölgədə ciddi fəsadların yaranıb-yaranmaması ilə bağlı hələ ki, məlumat yoxdur.

“Azərişıq” ASC Qərb rayonlarında güclü külək və yağıntılar səbəbindən bir sıra qabaqlayıcı tədbirlər görüb. Baş verə biləcək qəza və hadisələrin qarşısını almaq üçün qurum əməkdaşları və texnikası hazır vəziyyətə gətirilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi