Qərbi Kaspi Universiteti ABŞ-ın nüfuzlu universiteti ilə memorandum imzaladı

Qərbi Kaspi Universiteti ABŞ-ın nüfuzlu universiteti ilə memorandum imzaladı 

Qərbi Kaspi Universiteti ABŞ-ın “Texas A&M” Beynəlxalq Universiteti ilə memorandum imzalayıb.

Faktinfo.az xəbər verir ki,sənəd iki universitet arasında müəllim və tələbə mübadiləsini, birgə elmi tədqiqatların aparılmasını, müxtəlif layihə və tədbirlərin təşkilini nəzərdə tutur.

İkitərəfli əməkdaşlıq həmçinin azərbaycanlı tələbələrə ABŞ-da yay və qış məktəblərində iştirak üçün imkanlar yaradacaq.

“Texas A&M” Beynəlxalq Universiteti Tədqiqatlar və Layihələr Departamentinin rəhbəri, professor John Kilburn bu əməkdaşlığın gənclərin təhsil imkanlarının genişləndirəcəyindən əminliyini ifadə edib.

Daha sonra qonaq Qərbi Kaspi Universitetinin tədris binalarında yaradılan şəraitlə tanış olub, müasir laboratoriya və mərkəzlərin keyfiyyətli təhsil üçün yaxşı baza yaratdığını bildirib.

Qərbi Kaspi Universiteti ABŞ-ın nüfuzlu universiteti ilə memorandum imzaladıQərbi Kaspi Universiteti ABŞ-ın nüfuzlu universiteti ilə memorandum imzaladıQərbi Kaspi Universiteti ABŞ-ın nüfuzlu universiteti ilə memorandum imzaladıQərbi Kaspi Universiteti ABŞ-ın nüfuzlu universiteti ilə memorandum imzaladı
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi