Qərbi Kaspi Universiteti məktəblilər arasında Robototexnika Olimpiadası keçirib

Qərbi Kaspi Universiteti məktəblilər arasında Robototexnika Olimpiadası keçirib 

Olimpiada iki istiqaməti əhatə edib.

Faktinfo.az xəbər verir ki,birinci istiqamət üzrə şagirdlər robototexnika üzrə hazırladıqları layihələri nümayiş etdiriblər. İkinci istiqamət isə şagirdlərin LEGO ilə yapon milli güləşçisi olan SUMO döyüşçüsü hazırlayıb və robotunu döyüşə çıxarmasından ibarət olub.

Robototexnika üzrə Bakı şəhər 54 saylı məktəbin şagirdi Fərid Hüseynovun “Robot Printer” layihəsi birinci, “Hədəf” liseyinin şagirdi Fizuli Məmmədzadənin “İstixana sistemi” layihəsi ikinci, 238 saylı məktəbin şagirdi Ülvi Babayev “Kubik-rubik” layihəsi üçüncü yerə layiq görülüb. Lego Sumo üzrə yarışlarında isə Zərifə Əliyeva adına liseyin şagirdi Emin Bilalov ən yüksək titula sahib çıxıb.

Qeyd edək ki, Robototexnika olimpiadasının keçirilməsində məqsəd məktəblilər arasında mühəndislik ixtisaslarının tanıdılması, bütün dünyada, o cümlədən ölkəmizdə əmək bazarında tələbatın çoxaldığı robototexnika mühəndisliyinin təbliği, şagirdlərdə bu sahəyə marağın artırılmasıdır.

Qərbi Kaspi Universiteti Bakı və region məktəblilərinin iştirakı ilə mütəmadi olaraq təlimlər, müsabiqələr keçirir, bu sahə üzrə dərnəklər təşkil edir.

Qərbi Kaspi Universiteti məktəblilər arasında Robototexnika Olimpiadası keçiribQərbi Kaspi Universiteti məktəblilər arasında Robototexnika Olimpiadası keçiribQərbi Kaspi Universiteti məktəblilər arasında Robototexnika Olimpiadası keçiribQərbi Kaspi Universiteti məktəblilər arasında Robototexnika Olimpiadası keçiribQərbi Kaspi Universiteti məktəblilər arasında Robototexnika Olimpiadası keçirib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi