Qətlə yetirilən Vüqar Mustafayev Təhsil Nazirliyinin keçmiş şöbə müdirinin oğludur

Qətlə yetirilən Vüqar Mustafayev Təhsil Nazirliyinin keçmiş şöbə müdirinin oğludur - FOTO

Dünən gecə saatlarında Bakının Xocalı prospektində yerləşən "Berlin pub" klubunun mühafizəçisi Orxan Şahbazov tərəfindən qətlə yetirilən 1981-ci il təvəllüdlü Vüqar Mustafayevin tanınmış vəzifəli şəxsin oğlu olduğu ortaya çıxıb.

 Vüqar Mustafayev Təhsil Nazirliyində 21 il  Ali və orta ixtisas təhsili idarəsinin rəisi, daha sonra isə Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini işləyən İlham Mustafayevin oğludur.

Xatırladaq ki, İlham Mustafayev Təhsil nazirliyində tutduğu vəzifədən 2013-cü ildən azad edilib. 

Qətlə yetirilən Vüqar Mustafayev Təhsil Nazirliyinin keçmiş şöbə müdirinin oğludur
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi