Qəza gündüz olsa, nələr olardı? -

Qəza gündüz olsa, nələr olardı? - Ekspert

İstənilən ölkədə elektrik enerjisi və infrastrukturla bağlı texniki problemlərin olması mümkündür. Amma ölkənin buna hazırlıqlı olması lazımdır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı, ekspert Natiq Cəfərli deyib. O bildirib ki, ölkənin bir mənbədən asılılığının kifayət qədər ciddi problemlərin yaranmasına şərait yaratdığı bu qəza ilə ortaya çıxdı:

“Mingəçevirdə müəyyən bir qəzanın olması bütün ölkənin işıq, elektrik sisteminə mənfi təsir göstərib. Bu onu deməyə əsas verir ki, Azərbaycanda sistemin kəsintisiz çalışması üçün infrastruktur tam hazır deyil”.

Ekspert vurğulayıb ki, elektrik sisteminin tamamilə çökməsi baş verdikdə alternativ mənbələr dərhal işə düşməlidir:

“Azərbaycan böyük layihələrin həyata keçirilməsində liderlik edir. Amma ölkə daxilində elektrik sistemi ilə bağlı alternativ mənbələrin olmaması və bir mənbədən asılılıq narahatlıq yaradır. Mütləq alternativ mənbələr olmalıdır”.

Ekspert qeyd edib ki, əgər bu qəza gündüz saatlarında baş versəydi, bank sistemi, pul köçürmələri, xəstəxanalar və digər müəssisələrdə ciddi problemlər yaşanardı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi